Yəmən İran təyyarəsinə görə öz aeroportunu bombalayıb

Baş səhifə

Bakı.Trend:

Yəmən Silahlı Qüvvələri “Ənsar Allah” hərəkatından olan husi
döyüşçülərin nəzarətindəki Səna Beynəlxalq Hava Limanına İran
təyyarəsinin enişinin qarşısını almaq məqsədilə zərbə endirib.

Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.




Qurumun bəyanatında bildirilib ki, husilər Yəmənin milli
aviaşirkətinə məxsus təyyarələrin paytaxt hava limanına enişini
qadağan edib və İran təyyarəsinin qəbul edilməsində israr
ediblər.

Zərbədən əvvəl Müdafiə Nazirliyi hava limanından insanların
təxliyə olunmasına dair çağırış edib və ölkənin hava məkanını
pozacaq istənilən təyyarəni ələ keçirməyə hazır olduğunu bəyan
edib.