
Şuşa.Trend:
IV Şuşa Qlobal Media Forumunun iştirakçıları Xocalı Soyqırımı
Memorialını ziyarət ediblər.
Trend-in xüsusi
müxbiri xəbər verir ki, forum qonaqlarına Xocalı soyqırımı ilə
bağlı tarixi hadisələr, memorial kompleksinin yaradılması tarixi və
ekspozisiyası barədə məlumat təqdim olunub.
İştirakçılar həmçinin faciə ilə bağlı faktları və onun
qurbanlarının xatirəsini əks etdirən materiallarla tanış
olublar.
Qeyd edək ki, IV Şuşa Qlobal Media Forumunda 53 ölkədən 160-a
yaxın xarici qonaq iştirak edir. Onların arasında 30-a yaxın
beynəlxalq informasiya agentliyinin nümayəndələri, 60-dan çox
aparıcı media qurumunun təmsilçiləri, eləcə də 10-a yaxın
beynəlxalq təşkilat və şirkətin nümayəndələri yer alırlar. Forum
iştirakçıları sırasında xarici KİV nümayəndələri ilə yanaşı,
Azərbaycan mediasının təmsilçiləri, ekspertlər və rəsmi şəxslər də
var.
Forum iyulun 14-də öz işini davam etdirəcək.

