
Bakı.Trend:
Bakının Qaradağ və Nəsimi rayonlarında qeydə alınan soyğunçuluq
və oğurluq faktlarını törətməkdə şübhəli bilinən iki nəfər polis
əməkdaşları tərəfindən saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti
məlumat yayıb.
Bildirilib ki, Qaradağ rayonunda yerləşən marketlərin birində
yeniyetməyə qarşı soyğunçuluq edilib. Həyata keçirilən
əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə
şübhəli bilinən 34 yaşlı T.Şotayev müəyyən olunaraq saxlanılıb.
Araşdırmalar zamanı onun zərərçəkənin pulunu xırdalamaq adı ilə ələ
keçirərək hadisə yerindən qaçdığı məlum olub.
Digər hadisə isə Nəsimi rayonu ərazisində yerləşən kafelərin
birində baş verib. Buradan mobil telefon oğurlamaqda şübhəli
bilinən, əvvəllər məhkum olunmuş 32 yaşlı N.Ağamuradov polis
əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun oğurladığı
mobil telefondakı mobil bank tətbiqindən istifadə edərək hesabdakı
vəsaiti də xərclədiyi müəyyən edilib.
Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

