
Bakı.Trend:
Cari ilin yanvar-may aylarında Azərbaycandan Bolqarıstana ixrac
edilən neftin həcmi açıqlanıb.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin dərc etdiyi
xarici ticarətin gömrük statistikasına əsasən, yanvar-may aylarında
Azərbaycandan Bolqarıstana 182,3 milyon ABŞ dolları dəyərində 278
min ton bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsulları
ixrac olunub.
Komitənin məlumatına görə, bu göstərici dəyər ifadəsində 2025-ci
ilin müvafiq dövrü ilə müqayisədə 134,1 milyon ABŞ dolları və ya
3,8 dəfə, həcm baxımından isə 198,7 min ton və ya 3,5 dəfə
çoxdur.
Qeyd olunur ki, ötən ilin yanvar-may aylarında Azərbaycandan
Bolqarıstana 48,2 milyon ABŞ dolları dəyərində 79,3 min ton bitumlu
süxurlardan əldə edilən xam neft və neft məhsulları ixrac
edilib.
Qeyd edək ki, cari ilin yanvar-may aylarında Azərbaycandan
dünyanın digər ölkələrinə ümumilikdə 5,121 milyard ABŞ dolları
dəyərində bitumlu süxurlardan alınmış 8,828 milyon ton xam neft və
neft məhsulları ixrac olunub.
2025-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər
ifadəsində 522 milyon ABŞ dolları və ya 9,2 faiz, fiziki həcm
baxımından isə 1,535 milyon ton və ya 14,8 faiz azalıb.
Cari ilin yanvar-may aylarında Azərbaycan neftinin əsas
idxalçıları sırasında ilk üçlükdə İtaliya (5,339 milyon ton, 3,021
milyard ABŞ dolları) qərarlaşıb. Sonrakı yerlərdə Rumıniya (461,3
min ton, 247,8 milyon ABŞ dolları) və Çexiya (433,1 min ton, 245,7
milyon ABŞ dollarından çox) yer alıb.

