
Bakı. Trend:
Almaniya Bundesratı işçilərə böhranla əlaqədar 1000 avro
məbləğində birdəfəlik yardımın verilməsini nəzərdə tutan qanun
layihəsini qəbul etməyib.
Trend xəbər verir ki,
bu barədə “Bild” qəzeti yazıb.
Məlumata əsasən, Almaniya kansleri Fridrix Merts və maliyyə
naziri Lars Klinqbayl daha əvvəl enerji böhranı səbəbindən
vətəndaşlara birdəfəlik maliyyə dəstəyi göstəriləcəyini
açıqlamışdılar.
Layihəyə görə, işəgötürənlər əməkdaşların hesablarına vergidən
azad şəkildə 1000 avro köçürməli idilər.
Bundesratın qərarı nəticəsində isə həmin təşəbbüs həyata
keçirilməyəcək.


