Moped avtomobillə toqquşdu, ölən var

Baş səhifə

Gəncədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az-ın məlumatına görə, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Chevrolet” markalı minik avtomobili ilə moped toqquşub.

Qəza nəticəsində mopedin sürücüsü, 2009-cu il təvəllüdlü Y. Babayev hadisə yerində ölüb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

(APA)