
Bakı. Trend:
Luçano Spalletti “Yuventus”un hücum xəttində Duşan Vlahoviç və
Randal Kolo-Muaninin birlikdə oynamasını istəyir.
Trend “Tuttosport” nəşrinə istinadən xəbər verir ki, fransalı futbolçunun
transferi mümkündür və bu keçid 30 milyon avroya başa gələ
bilər.
Həmçinin PSJ Turin klubundan Qonsalu Ramuşla
maraqlanıb-maraqlanmadıqlarını soruşub. Cavab isə “soyuq” olub,
çünki “Yuventus” Kolo-Muaniyə üstünlük verir.
Randal ötən mövsümün ikinci yarısında “Yuventus”un heyətində
çıxış etmiş və A Seriyasında 16 oyunda 8 qol vurmuşdu. Hazırda isə
o, “Tottenhem”də çıxış edir.

