
Bakı. Trend:
Nəqliyyat vasitələrinin gömrük ərazisinə daxil olması haqqında
məlumatın gömrük orqanlarına təqdim edilməsi qaydalarında
dəyişiklik edilib.
Trend-in
məlumatına görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan Gömrük
Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz
əksini tapıb.
Gömrük ərazisinə daxil olması nəzərdə tutulan nəqliyyat
vasitəsinə görə məsul şəxs müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi qaydada və formada (o cümlədən, elektron formada)
nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində əks olunanlar
barədə məlumatları gömrük orqanlarına əvvəlcədən təqdim
etməlidir.


