ABŞ Çernobıl AES-nin təhlükəsizlik örtüyünün təmirinə 100 milyon dollar ayıracaq

Baş səhifə
ABŞ Çernobıl AES-nin təhlükəsizlik örtüyünün təmirinə 100 milyon dollar ayıracaq

ABŞ Çernobıl Atom Elektrik Stansiyasının (AES) Yeni Təhlükəsiz Konfinmentin (YTK) təmirinə 100 milyon dollar ayıracaq.

“Report” xəbər verir ki, bu barədə Ukraynanın baş nazirinin birinci müavini, energetika naziri Denis Şmıqal “Telegram” kanalında məlumat yayıb.

“Beynəlxalq Çernobıl Konfransı zamanı biz tərəfdaşlarla YTK-nin bərpası üçün maliyyə ehtiyaclarını müzakirə etdik. Bu günə olan vəziyyətə görə, onlar təqribən 500 milyon avro təşkil edir”, – o yazıb.

Şmıqal Avropada radiasiya təhlükəsizliyinin möhkəmləndirilməsinə verdikləri töhfəyə görə ABŞ Dövlət Departamentinə, energetika naziri Kris Rayta, Kiyevdə fəaliyyət göstərmiş ABŞ-nin nümayəndə heyətinə və administrasiyasına minnətdarlığını bildirib.

Xatırladaq ki, 2025-ci il fevralın 14-nə keçən gecə Rusiya dronu Çernobıl AES-nin təhlükəsizlik örtüyünü zədələyib. Konstruksiya kipliyini itirib və artıq lazımi rütubət səviyyəsini 40 %-dən aşağı saxlaya bilmir.

Bu il aprelin 26-da Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi bildirib ki, YTK-nin zədələri əvvəl düşünüləndən daha ciddi olub.