İsrailin Livana hava hücumu nəticəsində beş nəfər həlak olub

Baş səhifə

Bakı. Trend:

İsrailin Məcdəl-Zun şəhərinə endirdiyi hava zərbəsi nəticəsində
üç mülki müdafiə işçisi də daxil olmaqla ən azı beş Livan sakini
həlak olub.

Trend-in
məlumatına görə, bu barədə Livan ordusu mətbuat xidməti
bildirib.




Məlumata əsasən, xilasetmə əməliyyatlarının aparıldığı
binalardan birinə hava hücumu edilib.

“Xilasediciləri müşayiət edən ordu patrulundan iki hərbi
qulluqçu yaralanıb”, – deyə qeyd olunub.