Dardanel boğazı bağlanıb

Baş səhifə

Bakı. Trend:

Rusiyadan Türkiyənin Kocaeli şəhər limanına Barbados bayrağı
altında üzən “Zephyr Prosper” neft tankerində yaşanan nasazlıqla
əlaqədar Dardanel boğazında hər iki istiqamətə gəmilərin hərəkəti
dayandırılıb .

Trend xəbər verir
ki, bu barədə Türkiyənin Sahil Mühafizə İdarəsinin mətbuat xidməti
məlumat yayıb.




“Mülkiyyətimizdə olan üç yedək gəmisi Rusiyadan Kocaeliyə
istiqamətlənən, uzunluğu 274 metr olan “Zephyr Prosper” neft
tankerinə kömək göstərir. Gəminin mühərriki Kilitbahir
yaxınlığında, Dardanel boğazında sıradan çıxıb. Təhlükəsizlik
məqsədilə boğazda gəmiçilik hər iki istiqamətdə müvəqqəti
dayandırılıb”, – deyə məlumatda bildirilir.

Açıq mənbələrə görə, “Zephyr Prosper” tankeri 2004-cü ildə inşa
olunub. Onun ümumi uzunluğu 274,2 metr, eni 48 metr, dedveyti (tam
yükgötürmə qabiliyyəti) isə 150 min tondur.