“İmişli” FK-nın yeni baş məşqçisi məlum oldu :

İdman

“İmişli” FK-nın yeni baş məşqçisi məlum olub.

“Resmixeber.az” Oxu.Az-a istinadən xəbər verir (klubdan məlumat verilib)

Bildirilib ki, təcrübəli portuqaliyalı baş məşqçi Xorxe Kaskilya artıq “İmişli” FK-nın sükanı arxasındadır.

Onunla birillik müqavilə imzalanıb.