Azərbaycanda əməkhaqqı ilə bağlı yeni model tətbiq oluna bilər

Baş səhifə

Bakı. Trend:

Azərbaycanda saatlıq əməkhaqqı modelinin tətbiqi istiqamətində
işlər aparılır.

Trend xəbər verir
ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda keçirilən
tədbirdə deyib.




O həmçinin qeyd edib ki, bərabər əməkhaqqı və uşaq hüquqlarının
qorunması istiqamətində yeni islahatlar üzərində işlər həyata
keçirilir.

Nazir xatırladıb ki, müxtəlif illərdə əmək qanunvericiliyinə
xeyli dəyişikliklər edilib.