ÇL yarımfinal: PSJ-"Bavariya" oyununda 9 qol vuruldu

Baş səhifə

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunu keçirilib.

Modern.az xəbər verir ki, PSJ Parisdə “Park de Prens” stadionunda  Almaniyanın “Bavariya” komandasını qəbul edib. Maraqlı keçən qarşılaşmada qapılara 9 qol vurulub. Qarşılıqlı hücumlar şəraitində keçən matç fransızların xeyirinə başa çatıb – 5:4.

Tərəflər arasında cavab görüşü mayın 6-da baş tutacaq.

Xatırladaq ki, yarımfinalın digər matçı aprelin 29-da təşkil olunacaq. “Atletiko” İspaniyada İngiltərənin “Arsenal” kollektivi ilə üz-üzə gələcək.