“Ağlınızı başınıza yığın!” – Tramp İrana xəbərdarlıq edib (FOTO)

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp növbəti dəfə İrana xəbərdarlıq
şəklində olan ismarıc göndərib.

Trend xəbər verir
ki, Ağ Ev rəhbəri “Truth Social” sosial şəbəkə hesabında rəsmi
Tehranı səriştəsizlikdə ittiham edib .




“İran özünü toparlaya bilmir. Onlar qeyri-nüvə sazişini necə
bağlamağı bilmirlər. Yaxşı olar ki, tezliklə ağıllarını başlarına
yığsınlar!”,-deyə Tramp yazıb.

Ağ Ev rəhbəri eyni zamanda posta öz süni intellektlə
hazırlanmış, əlində avtomat silah, arxa fonda isə çoxsaylı
partlayışlar olan şəklini paylaşıb. Fotoda ingilis dilində “Cənab
yaxşı oğlan daha olmayacaq” yazısı qeyd olunub.