Azərbaycan Avropa Parlamenti ilə münasibətlərin dayandırılması haqda rəsmi qərar qəbul edə bilər (ÖZƏL)

Baş səhifə

Bakı. Trend:

Rəsmi Bakı Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli
mövqeyinə cavab olaraq bu qurumla münasibətləri dayandıra
bilər.

“Trend”in əldə etdiyi məlumata görə, indiyədək onsuz da Avropa
Parlamenti ilə təmasları dayandırmış Azərbaycan, bu qurumla bütün
münasibətlərin kəsilməsi haqda rəsmi qərar qəbul edə bilər və
hazırda bu məsələ müzakirə mövzusudur.

Xatırladaq ki, Avropa Parlamentində müzakirəyə çıxarılmış
“Ermənistanda demokratik dayanıqlığın dəstəklənməsi” adlı qətnamə
layihəsi nominal olaraq Ermənistana dəstək kimi təqdim olunsa da,
bir sıra bəndlər birbaşa Azərbaycana qarşı əsassız ittiham və
tələblər ehtiva edir.