Azərbaycanda daha 11 şəhərin baş planı təsdiq olunacaq – Komitə sədri

Baş səhifə

Bakı. Trend:

Azərbaycanda daha 11 şəhərin baş planı təsdiq olunacaq.

Trend xəbər
verir ki, bunu Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar
Quliyev bu gün Bakıda “Sahibkarlığın inkişafı güclü
iqtisadiyyatdır” mövzusunda keçirilən tədbirdə deyib.




O bildirib ki, ərazi planlaşdırılması istiqamətində həyata
keçirilən işlər nəticəsində ölkənin 79 şəhərinin 68-nin yeni baş
planı təsdiq edilib:

“Qalan 11 şəhərin baş planının yenilənməsi istiqamətində işlər
davam etdirilir. Yenilənmiş baş planların mövcudluğu şəhərlərin
inkişafını proqnozlaşdırıla bilən müstəviyə çıxarır, investisiya
cəlbediciliyi yaradır”.