
Bakı. Trend:
ABB xarici maliyyə bazarlarında iştirakını genişləndirən daha
bir uğurlu anlaşmaya imza atıb.
Bank Birləşmiş Ərəb Əmirliklərinin aparıcı banklarından olan
Mashreqbank-ın təşkilatçılığı əsasında Avropadan 5, BƏƏ-dən 7
olmaqla, ümumilikdə 12 nüfuzlu bankın iştirakı ilə 230 000 000 ABŞ
dolları məbləğində sindikatlaşdırılmış kredit cəlb edib. Əqdin
agenti rolunda BƏƏ-nin digər nüfuzlu bankı Abu Dhabi Commercial
Bank çıxış edib.
Bu, ABB-nin uzun illər sonra ötən ilin aprelində beynəlxalq
maliyyə bazarlarına yenidən qayıdışının ardınca cəlb edilmiş
növbəti iri məbləğli sindikativ kreditdir.
Xatırladaq ki, ötən il də ABB 200 000 000 ABŞ dolları məbləğində
sindikatlaşdırılmış kredit cəlb etmişdi.
Bu dəfə əqdin məbləğinin 15% artması və yeni şərtlərin ABB üçün
daha əlverişli olması beynəlxalq maliyyə bazarlarında həm
Azərbaycanın, həm ABB-nin dayanıqlı inkişafı və güclü maliyyə
mövqeyinə yüksək etimadın daha da möhkəmləndiyini göstərir.
Cəlb olunmuş vəsait ABB-nin 2026-2028-ci illər üzrə yeni inkişaf
strategiyasına uyğun olaraq real sektorun, xüsusilə ixracyönümlü
iri layihələrin maliyyələşdirilməsinə yönələcək.
ABB-nin xarici maliyyə bazarlarında iştirakı Bankın beynəlxalq
imicini daha da yüksəldir, biznesi maliyyələşdirmə potensialını
gücləndirir, likvidlik mövqeyinə, gəlirliliyinə müsbət təsir
göstərir. Xarici bazarlarda ABB-yə olan yüksək inam uzunmüddətli
vəsaitlərin cəlbinə, Bankın investor sayının və regional
əhatəliliyinin genişlənməsinə imkan yaradır.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə
məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet
səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial
şəbəkələrdəki rəsmi korporativ səhifələrindən əldə etmək olar.


