Şahin Mustafayev Ermənistanda səfərdədir

Baş səhifə

Bakı. Trend:

Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi
Azərbaycan nümayəndə heyəti Ermənistanda səfərdədir.

Trend xəbər
verir ki, nümayəndə heyətini daşıyan təyyarə artıq İrəvan
aeroportunda eniş edib.

Qeyd edək ki, Şahin Mustafayev Azərbaycan Respublikası ilə
Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası
üzrə Dövlət Komissiyasının sədridir.