
Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Almaniya kansleri Fridrix Mertsi
İranla bağlı mövqeyinə görə tənqid edib, eyni zamanda Almaniya
liderini Berlinin iqtisadi və digər problemlərinə görə
günahlandırıb.
Trend-in
məlumatına görə, bu barədə Donald Tramp ” Truth Social” sosial
şəbəkəsind yazıb.
“Almaniya kansleri Fridrix Merts İranın nüvə silahlarını məqbul
hesab edir. O, nədən danışdığını bilmir!”, – deyə o bildirib.
“Əgər İranın nüvə silahı olsaydı, bütün dünya girov götürülərdi.
Mən indi İrana qarşı digər ölkələrin və ya prezidentlərin çoxdan
etməli olduğu tədbirlər görürəm”, – deyə o əlavə edib. “Təəccüblü
deyil ki, Almaniya həm iqtisadi, həm də digər sahələrdə bu qədər
pis vəziyyətdədir!” – deyə ABŞ prezidenti əlavə edib.


