Bakı. Trend:
İngiltərə Liqa Kubokunun dörddəbir final mərhələsində “Arsenal”
və “Kristal Palas” komandaları üz-üzə gəlib.
Trend xəbər verir
ki, Londondakı “Emirates” stadionunda keçirilən oyunun əsas və
əlavə vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Qalib penaltilər seriyasında müəyyənləşib və “Arsenal” 8:7
hesabı ilə üstün gələrək yarımfinala vəsiqə qazanıb.
“Topçular” yarımfinal mərhələsində “Çelsi” ilə qarşılaşacaq.
Digər yarımfinal oyununda isə “Nyukasl Yunayted” və “Mançester
Siti” üz-üzə gələcək. Yarımfinalın ilk oyunlarının 12 yanvar
həftəsində keçirilməsi planlaşdırılır.

