Prezident İlham Əliyev Xanoba kəndinin gənc sakininin arzusunu gerçəkləşdirib (VİDEO)

Baş səhifə

Bakı. Trend:

Xəbər verdiyimiz ki, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva martın
18-də Xocavənd rayonunun Xanoba kəndinə səfər ediblər və orada
kəndə köçmüş Bəybalı Qasımovun evini ziyarət ediblər.

Trend-in
məlumatına görə, Prezident İlham Əliyev həmçinin kənd sakininin
oğlu, balaca Ayazla da söhbət edib.

Səmimi söhbət əsnasında uşaq dövlət başçısından qırmızı rəngli “KamAZ” yük maşını istəyib.

Qısa müddət sonra Prezident İlham Əliyev uşağın arzusunu yerinə
yetirərək ailəsinə “KamAZ” yük maşını hədiyyə edib.

Bununla bağlı AzTV-nin çəkdiyi reportajı təqdim edirik: