Yeni nüvə dövrü başlayıb – Finlandiya prezidenti

Baş səhifə

Bakı. Trend:

Dünya yeni nüvə dövrünə qədəm qoyub.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksandr
Stubb “Müdafiə üzrə Milli Kurslar” adlı tədbirin açılışında çıxış
edərkən deyib.




“Böyük dövlətlər arasında strateji sabitlik dəyişikliklərə məruz
qalmaqdadır. Təəsüflər olsun ki, biz yeni nüvə dövrünə qədəm
qoymuşuq və nüvə silahlarının rolu getikcə artır”,- deyə dövlət
başçısı vurğulayıb.

Stubb bildirib ki, yaranmış vəziyyət fonunda Finlandiya çoxsaylı
yeni çağırışları həll etmək məcburiyyətində qalıb.