Yanvarda Çindən Azərbaycana 29 milyon manatlıq elektrobuslar gətirilib

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar ayında Çindən Azərbaycana 29,083 milyon ABŞ
dolları dəyərində 105 ədəd yalnız elektrik mühərriklə hərəkətə
gətirilən avtobuslar idxal edilib.

Trend bu
barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bir avtobusun dəyəri təqribən 277 min manat
təşkil edib.




Dövlət Gömrük Komitəsinin məlumatına əsasən isə, ümumilikdə, bu
ilin yanvar ayında Azərbaycana 176,5 milyon ABŞ dolları dəyərində 7
591 ədəd avtomobil idxal edilib. Avtomobil idxalı ötən ilin eyni
dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 72 ədəd və ya 0,9% azalıb,
dəyər ifadəsi ilə 37,5 milyon ABŞ dolları, yaxud da 27% artıb.

Dövr ərzində ölkəyə 36,8 milyon ABŞ dolları dəyərində 189 ədəd
sürücü daxil olmaqla, 10 nəfər və ya daha çox adam daşımaq üçün
nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri, 125,7 milyon ABŞ
dolları dəyərində 6 774 ədəd əsasən adam daşımaq üçün nəzərdə
tutulmuş minik avtomobilləri və digər mühərrikli nəqliyyat
vasitələri idxal edilib.