
Bakı. Trend:
İran ABŞ ilə danışıqları davam etdirməyi məqsədəuyğun hesab
etmir.
Trend-in
məlumatına görə, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi “PBS” televiziya kanalına verdiyi müsahibədə bildirib.
Ondan İran rəhbərliyinin Müctəba Xameneinin İslam
Respublikasının Ali Lideri seçilməsindən sonra ABŞ nümayəndələri
ilə əlaqə saxlayıb-tapmadığı soruşulub.
Onun sözlərinə görə, Müctəba Xameneinin hər hansı bir açıqlama
verməsi hələ tezdir.
“Hamımız onun açıqlamalarını və şərhlərini gözləyirik və bu,
sonradan olacaq. Amma düşünmürəm ki, amerikalılarla gələcək
təmaslar və ya danışıqlar məsələsi nəzərdən keçiriləcək, çünki
amerikalılarla ünsiyyət qurmaqda çox acı təcrübəmiz olub”, – deyə
nazir bildirib.

