Emi Karlon: ABŞ şirkətləri 8 avqust razılaşmalarının potensialının reallaşdırılmasına töhfə verəcək

Baş səhifə
Emi Karlon: ABŞ şirkətləri 8 avqust razılaşmalarının potensialının reallaşdırılmasına töhfə verəcək

ABŞ şirkətləri dünyada ən innovativ şirkətlərdir və 8 avqust razılaşmalarının tam potensialının reallaşdırılmasına töhfə verəcəklər.

“Report” xəbər verir ki, bunu ABŞ-nin müvəqqəti işlər vəkili Emi Karlon investisiya və iqtisadi əməkdaşlıq imkanlarını müzakirə etmək məqsədilə ölkəsinin 31 aparıcı şirkətinin nümayəndələrini Bakıda qəbul edərkən deyib.

Qeyd edilib ki, bu, ABŞ Ticarət Palatasının rəhbərliyi ilə Azərbaycana təşkil olunan ilk biznes nümayəndə heyətidir və 2025-ci ilin avqustunda Prezident Tramp və Prezident İlham Əliyev tərəfindən imzalanmış Anlaşma Memorandumunda nəzərdə tutulan iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində ABŞ-ın səylərinin tərkib hissəsidir.