SOCAR-ın Qaz İxracı İdarəsinin 2025-ci ildə ixracdan əldə etdiyi gəlirlər açıqlandı

Baş səhifə

Bakı. Trend:

2025-ci ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz
İxracı İdarəsinin ixracdan əldə etdiyi gəlirlər 61,7 milyon ABŞ
dolları təşkil edib.

Bu barədə Trend
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM)
açıqladığı “İxrac icmalı”nın yanvar sayına istinadən xəbər
verir.




Qeyd edək ki, 2024-cü ildə ixrac gəlirləri ilə bağlı məlumat
dərc olunmayıb.

Onu da qeyd edək ki, qeyri-neft sektoru üzrə ixrac
əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin
siyahısına ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi
başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil
olunublar: “SOCAR Polymer” MMC, “AzerGold” QSC ,“Azəralüminium”
MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac
İdarəsi, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC,”SOCAR-DALĞIC”
MMC, “Azərbaycan Dəmir Yolları” QSC, Naxçıvan MR Dövlət Energetika
Xidməti, “İstisu” mineral su zavodu Məhdud Məsuliyyətli
Cəmiyyəti.