İnfantino futbol təqvimi barədə fikirlərini bölüşüb

Baş səhifə

Bakı. Trend:

FİFA prezidenti Canni İnfantino futbol təqvimi barədə
fikirlərini bölüşüb.

Trend xəbər verir ki, FİFA
rəhbəri həmçinin “əhəmiyyətli” və “mənasız” oyunların ayrılmasının
vacibliyini qeyd edib.




“Bəzən futbolun həddindən artıq olduğu barədə mübahisələri
eşidəndə… Ola bilsin, dünyanın bəzi bölgələrində futbol həddindən
artıqdır, amma digər yerlərdə isə kifayət deyil. Biz klub futbolu
ilə milli komandalar futbolu arasında düzgün tarazlığı tapmağa
çalışmalıyıq”, – deyə İnfantino bildirib.