Bakı. Trend:
Puerto-Rikolu boksçu Priçard Kolon 33 yaşında dünyasını
dəyişib.
Bu barədə onun atası sosial şəbəkələrdə məlumat paylaşıb.
Kolon 2015-ci il oktyabrın 17-də ABŞ-da məğlubedilməz Terrel
Uilyamsla döyüşdən sonra kədərli şöhrət qazanmışdı. Həmin görüşdə
Priçard başın ənsə nahiyəsinə çoxsaylı zərbələr almışdı. Boksda bu
cür hərəkətlər qətiyyən qadağandır.
Doqquzuncu raundda iki dəfə nokdauna düşdükdən sonra Kolonun
məşqçilər heyəti döyüşü davam etdirməkdən imtina etmək qərarına
gəldi. Diskvalifikasiyadan sonra qələbə Terrelə verildi. Sonradan
həkimlər Priçarda beyinə qan sızması diaqnozu qoydular, bundan
sonra o, yeddi ay komada qaldı. Bu, onun son boks döyüşü oldu.
Komadan ayıldıqdan sonra Kolon aldığı beyin zədələrindən tam
sağala bilmədi.

