Estoniya Aİ paktı çərçivəsində miqrantları qəbul etməkdən imtina edib

Baş səhifə

Bakı. Trend:

Estoniya Avropa İttifaqının miqrasiya paktı çərçivəsində
köçürülməli olan şəxsləri qəbul etməyəcək, lakin digər yollarla bu
təşəbbüsə töhfə verməyə hazırdır.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bunu Baltikyanı respublikanın daxili
işlər naziri İqor Taro bəyan edib.




“Biz köçürülməsi nəzərdə tutulan şəxsləri qəbul etməyəcəyik, bu
məsələdə mövqeyimiz tam aydındır. Biz briqadalar göndərə, texnika
yollaya bilərik, yəni öz resurslarımızla birbaşa yerində yardım
göstərə bilərik … Biz heç bir şəkildə öhdəliklərimizdən
yayınmırıq, lakin eyni zamanda Estoniyanın maraqlarını müdafiə
edirik ki, töhfəmizin uyğunluğu və proporsionallığı təmin
edilsin”,- deyə nazir bildirib

Nazir vurğulayıb ki, miqrasiya təzyiqi yükünün bölüşdürülməsi
çərçivəsində Tallin 280 min avro ayıracaq və eyni məbləğdə yardım
göstərəcək. O qeyd edib ki, Estoniyanın töhfəsi iki dəfə çox olmalı
idi, lakin respublika onsuz da çox sayda ukraynalı qaçqını qəbul
etdiyindən məbləğ azaldılıb.