Azərbaycan Basketbol Liqasında IX turun proqramı müəyyənləşib

Baş səhifə
Azərbaycan Basketbol Liqasında IX turun proqramı müəyyənləşib

Azərbaycan Basketbol Liqasında IX turun proqramı müəyyənləşib.

“Report” Basketbol Federasiyasına istinadən xəbər verir ki, tura dekabrın 11-də start veriləcək.

Azərbaycan Basketbol Liqası

XI tur

11 dekabr

15:00. “Lənkəran” – “Quba”

Lənkəran Olimpiya İdman Kompleksi

20:00. “Naxçıvan” – “Sərhədçi”

“Sərhədçi” İdman Mərkəzi

12 dekabr

19:00. “Sumqayıt” – “Ordu”

“Sumqayıt” Olimpiya İdman Kompleksi

20:00. NTD – “Şəki”

“Sərhədçi” İdman Mərkəzi

14 dekabr

16:00. “Abşeron Lions” – “Neftçi”

“Sərhədçi” İdman Mərkəzi

Qeyd edək ki, A qrupunun “Sabah” – “Gəncə” matçı Bakı klubunun FIBA Çempionlar Liqasında “Alba” (Berlin, Almaniya) ilə matçı səbəbindən təxirə salınıb.