
Bakı. Trend:
Rusiyanın “Neiry” texnologiya şirkəti beyinlərinə
neyrointerfeyslərin yerləşdirildiyi göyərçin-biodronlar yaradıb.
Neyrointerfeys onları havada olarkən idarəetməyə imkan verir.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Hazırda tərtibatçılar və tədqiqatçılar onların uçuş
xarakteristiakaları ilə bağlı sınaqlar keçirirlər. Operator beyinə
yeridilmiş neyroçip sayəsində quşa pilotsuz uçuş aparatlarında
olduğu kimi uçuş tapşırığı verə və onu idarə edə bilir.
Beynin müəyyən sahələrinin neyrostimulasiyası sayəsində göyərçin
operatorun yönləndirdiyi istiqamətə uçmağa özü can atır.
“Neiry” şirkəti biodronların xarici görünüşcə adi göyərçinlərdən
seçilmədiyini əmin edir. Biodronlardan gələcəkdə ətraf mühitin
mühafizəsi və ya sənaye layihələrində, habelə axtarış
əməliyyatlarında istifadəsi nəzərdə tutulur.

