Amerikalı alimlər yaraların sağalmasını sürətləndirən biogel hazırlayıb

Baş səhifə

Bakı. Trend:

Kolumbiya Universitetinin alimləri yoqurtun hüceyrəxarici
strukturlarından istifadə edərək toxumaların bərpası, yəni
yaraların sağalması üçün yeni biogel hazırlayıblar.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, elmi tədqiqatın nəticələri “Matter”
jurnalında dərc olunub.

Məlumata görə, layihənin əsasında hüceyrələrin bioloji
siqnalları ötürmək üçün istifadə etdiyi mikroskopik qabarcıqlar –
hüceyrəxarici vezikullar (EV) dayanır. Onlar yüzlərlə zülalı və
genetik material fraqmentlərini daşıyır və sağalma proseslərini işə
sala bilir.




Adətən belə vezikullar insan və ya heyvan hüceyrə kulturlarından
əldə olunur, lakin prosesin mürəkkəbliyi və yüksək qiyməti
istehsalın səmərəliliyini məhdudlaşdırır.

Alimlər komandası isə gözlənilməz alternativ tapıb: yoğurtda
olan vezikullardan istifadə ediblər. Bu vezikullar böyük həcmdə
material əldə etməyə imkan verməkdən savayı, həm də yeni gelin əsas
qurucu elementinə çevrilib.