Almaniya Ukrayna hökumətini korrupsiya ilə mübarizəni gücləndirməyə çağırıb

Baş səhifə

Bakı. Trend:

Almaniya Ukrayna hökumətini ölkədə korrupsiya ilə mübarizəni
gücləndirməyə çağırıb.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri
Yohann Vadeful açıqlama verib.




“Ukraynanın korrupsiyaya qarşı qətiyyətli mübarizə aparması
vacibdir ki, Qərbin də ölkəyə olan dəstəyi inandırıcı qalsın … Biz
Ukraynanı və müstəqil hakimiyyətləri bu təşəbbüsdə dəstəkləyirik”,
– deyə Vadeful bildirib.

Qeyd edək ki, 10 noyabr tarixində Ukraynanın Milli
Antikorrupsiya Bürosu (NABU) enerji sahəsində korrupsiya ilə bağlı
genişmiqyaslı xüsusi əməliyyat keçirildiyini açıqlayıb. Qurumun
məlumatına görə, istintaq il yarım davam edib və büro əməkdaşları
təxminən minə yaxın audioyazı toplayıblar.