Bakıda qadın gözəllik salonunda tanışı tərəfindən bıçaqlanıb

Baş səhifə
Bakıda qadın gözəllik salonunda tanışı tərəfindən bıçaqlanıb

Bakıda qadın gözəllik salonunda tanışı tərəfindən bıçaqlanıb.

“Report” xəbər verir ki, hadisə Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən gözəllik salonunda qeydə alınıb.

39 yaşlı S. Hasanov həmin salonda çalışan, tanışı- 30 yaşlı C. Çələbiyevaya şəxsi münasibətlər zəminində kəsici alətlə xəsarətlər yetirib.

Hadisəni törətməkdə şübhəli bilinən S. Hasanov polis əməkdaşları tərəfindən saxlanılıb.

Qadın aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.