
Bakı. Trend:
Suraxanı rayonu, Hövsan QTM-də aşkar edilmiş qaz sızmasının
aradan qaldırılması ilə 31.10.2025-ci il saat 10:00-dan etibarən
qaz avadanlıqları dayandırılacaqdır.
Trend
xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Bildirilib ki, təmir işləri başa çatdırılıb.
“Bu müddət ərzində Hövsan şəhərciyi və Hövsan Bağlar yaşayış
massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq”,- deyə
məlumatda qeyd edilib.

