İdxal olunmuş energetik içkilərdə uyğunsuzluq aşkarlanıb

Baş səhifə

Bakı. Trend:

AQTA-nın nəzarət tədbirləri çərçivəsində “Orxan 011” MMC
tərəfindən Türkiyədən ölkəmizə idxal olunmuş “Paril Gida Alkoqolsuz
Fonksiyonal İçecekler” müəssisəsinin istehsal etdiyi “Nitro Max”
əmtəə nişanlı energetik içki məhsulu partiyalarında dərman
vasitələrinin tərkibində istifadə olunan Sildenafil maddəsi
aşkarlanıb.

Trend
xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.




Bildirilib ki, ümumi sayı 4656 ədəd olan məhsul partiyalarının
(19.03.2025-19.03.2027 və 01.04.2025-01.04.2027-ci il istehsal və
son istifadə tarixli) ölkəmizin idxal tələblərinə, o cümlədən
qüvvədə olan texniki və hüquqi normalara cavab verməməsi səbəbindən
“Paril Gida Alkoqolsuz Fonksiyonal İçecekler” müəssisəsindən məhsul
idxalına müvəqqəti məhdudiyyət tətbiq edilib.

Uyğunsuzluq aşkarlanmış məhsul partiyalarının gömrük ərazisinin
hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə qərar
qəbul edilib.