Azərbaycan hidrogen istehsalı üçün yol xəritəsinin hazırlanması üzrə məsləhətçi şirkət seçir

Baş səhifə
Azərbaycan hidrogen istehsalı üçün yol xəritəsinin hazırlanması üzrə məsləhətçi şirkət seçir

Azərbaycan üçün hidrogen istehsalı sahəsində yol xəritəsinin hazırlanması üzrə məsləhətçi şirkətin seçimi final mərhələyə daxil olub.

“Report” xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev Bakıda keçirilən XIII Beynəlxalq “Caspian Energy Forum 2025” tədbirində bildirib.

Onun sözlərinə görə, beynəlxalq konsaltinq şirkətləri bu layihədə yaxından iştiraka çox böyük maraq göstərir: “Artıq şort list hazırdır. Biz texniki tapşırığı kifayət qədər müzakirə etmişik. Hidrogenlə bağlı Azərbaycanın geosiyasi mövqeyinin verə biləcəyi bütün üstünlüklər, eyni zamanda neft potensialımız və ölkənin enerji təchizatı resurslarının çox müsbət balansda olmasının bütün üstünlüklərindən yararlanmağa çalışacağıq. Hidrogen enerjisi gələcəyin enerji növlərindən birinə çevrilməlidir və yəgin ki, çevriləcək”.