44 günlük Vətən müharibəsinin xronikası: 25 oktyabr

Baş səhifə

Bakı. Trend:

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin
cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq
Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum
əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən
otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə
nəticələndi.

Trend Vətən
müharibəsinin oktyabrın 25-nə olan xronikasını təqdim edir:

– Prezident İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində
Azərbaycan Ordusunun Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir
neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad etməsi ilə bağlı
paylaşım edib;

– Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə
Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində operativ müşavirə keçirilib.

– Prezident İlham Əliyev BMT TŞ-da keçirilən müzakirələrdə
Azərbaycanın mövqeyini dəstəkləyən ölkələrin dövlət və hökumət
başçılarına məktublar ünvanlayıb.

– Prezident İlham Əliyev ABŞ-ın “Fox News” televiziya kanalına
müsahibə verib.

– Qoşunlarımız Xocavənd, Qubadlı və Laçında düşmənə ciddi
zərbə vurub. Düşmənin məhv edilən hərbi
texnikasının siyahısı açıqlanıb. Düşmən itkilər verərək geri çəkilib.

– Azərbaycan Ordusu düşmənə qarşı yüksək dəqiqlikli silah növünü tətbiq edib.

– Düşmən Ağdam, Tərtər və Ağcabədini atəşə tutub.

– Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin videogörüntüləri yayılıb.

– Düşmənin atəş nöqtələri məhv edilməsinin videogörüntüləri yayılıb. Düşmən itki verərək geri
çəkilməyə məcbur edilib.

– Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan
kəndlərinin videogörüntüləri yayılıb.