“Atletik” – “Qarabağ” matçının hakimi açıqlanıb

Baş səhifə

Bakı. Trend:

İspaniyada “Atletik” və “Qarabağ” komandaları arasında
keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun
oyununa təyinatlar açıqlanıb.

Trend xəbər
verir ki, matçı Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakimi İqor Payaç olacaq. FIFA referisinə Boyan
Zobenitsa və İvan Mihali kömək göstərəcək.




Dördüncü hakim funksiyasını Zdenko Lovriç yerinə yetirəcək.
VAR-da İvan Bebek, AVAR-da isveçrəli Fedayi San əyləşəcək. Qeyd
edək ki, “Atletik” – “Qarabağ” matçı oktyabrın 22-də, Bakı vaxtı
ilə saat 20:45-də başlayacaq.