Maks Ferstappen ABŞ Qran-prisinin qalibi olub

Baş səhifə

Bakı. Trend:

“Formula – 1″də mövsümün 19-cu mərhələsi – ABŞ Qran-prisi başa
çatıb.

Trend xəbər verir ki, Texas
ştatının Ostin şəhərində keçirilən əsas yarışı “Red Bull” pilotu
Maks Ferstappen birinci yerdə tamamlayaraq növbəti qələbəsini
qazanıb.




“McLaren” sürücüsü Lando Norris ikinci, “Ferrari”nin pilotu Şarl
Lekler isə üçüncü olub.