Vətəndaşlarımızın tibbi xidmətləri xarici ölkələrdə axtarmasını istəmirik – TƏBİB rəsmisi

Baş səhifə

Bakı.Trend:

TƏBİB olaraq ilk hədəfimiz vətəndaşlarımıza tibbi xidmətin
keyfiyyətli və əlçatan olmasını təmin etməkdir. Tibbi xidmətləri
vətəndaşlarımızın xaricdə axtarmasını istəmirik.

Trend xəbər
verir ki, bu fikirləri TƏBİB-in Strateji inkişaf departamentinin
rəhbəri Murad Mirzəyev “Azərbaycan Sağlamlıq Turizmi Konfransı”
çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O, qeyd edib ki, bu səbəbdən xəstəxanaların maddi-texniki
bazası, infrastrukturu olduqca yaxşılaşdırılıb.




TƏBİB rəsmisi bildirib ki, bununla yanaşı Dövlət Turizm
Agentliyi ilə birgə strategiya hazırlanıb.

“Hədəf ölkələri araşdırmışıq. Növbəti ilin mart ayından hədəf
ölkələrdən bir qrup med agent və tur operatorlar ölkəmizə dəvət
olunacaqlar”.