Tramp Malayziyaya gedəcək

Baş səhifə
Tramp Malayziyaya gedəcək

ABŞ Prezidenti Donald Tramp Tailand və Kamboca arasında atəşkəs sazişinin imzalanmasına kömək etmək üçün oktyabrın 26-da Malayziyaya səfər edəcək.

“Report”un “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Malayziyanın xarici işlər naziri Məhəmməd Həsən bildirib.

Onun sözlərinə görə, Malayziya və ABŞ Tailand və Kamboca arasında atəşkəsə kömək edəcək. Bu anlaşma hər iki tərəfi sərhədə yerləşdirdikləri minalardan təmizləməyi və ağır artilleriyanı çıxarmağı tələb edəcək.

M.Hasan ümid edir ki, saziş Malayziyanın paytaxtı Kuala-Lumpurda oktyabrın 26-dan 28-dək keçiriləcək Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası liderlərinin gözlənilən görüşü zamanı imzalanacaq: “Sammit zamanı bu iki qonşu arasında dayanıqlı sülh və atəşkəsi təmin etmək üçün sazişin imzalanacağına ümid edirik”.