Nigeriya millisinin təyyarəsi ön şüşədəki çat səbəbindən məcburi eniş edib

Baş səhifə

Bakı. Trend:

Nigeriya milli futbol komandasını daşıyan təyyarə ön şüşəsində
yaranan çat səbəbindən Anqolaya məcburi eniş edib.

Trend xəbər verir
ki, bu barədə jurnalist Ojora Babatunde “X” sosial şəbəkəsində
məlumat paylaşıb.




Bildirilib ki, təcili eniş təyyarə havaya qalxdıqdan 25 dəqiqə
sonra baş verib.

Nigeriya yığması 2026-cı il dünya çempionatının seçmə
mərhələsində oktyabrın 14-də Beninlə səfər oyununda qarşılaşmalı
idi. Qeyd edək ki, mundial 2026-cı ilin 11 iyun – 19 iyul
tarixlərində ABŞ, Meksika və Kanadada keçiriləcək və turnirdə ilk
dəfə 48 komanda iştirak edəcək.