
Bakı. Trend:
Filippin sahillərində 6 bal gücündə zəlzələ qeydə alınıb.
Trend xəbər verir
ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat
yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Mindanao adasında
yerləşən, təxminən 309 min nəfər əhalisi olan Butuan şəhərindən 94
km şərqdə olub. Zəlzələnin ocağı 59 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə hələlik məlumat verilməyib.

