İsrail ordusu sakinləri Misir sərhədinə yaxınlaşmamaq barədə xəbərdar edib

Baş səhifə

Bakı.Trend:

İsrail ordusu Qəzza zolağında atəşkəsin qüvvəyə minməsindən
sonra anklav sakinlərini Misirlə sərhəddə yerləşən “Rəfah” sərhəd
buraxılış məntəqəsinə və Filadelfiya dəhlizinə yaxınlaşmamaq barədə
xəbərdar edib.

Trend xəbər verir
ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İDF) rəsmi nümayəndəsi
Avixay Edri məlumat verib.




“Atəşkəslə bağlı razılaşmaya uyğun olaraq hərbçilər Qəzzanın
müəyyən rayonlarında qalacaqlar. Sizdən israrlı şəkildə xahi edirik
ki, onların dislokasiya olunduğu ərazilərə, ələlxüsusu Filadelfiya
dəhlizi və “Rəfah” sərhəd buraxılış məntəqəsinə yaxınlaşmayasınız,
bu sizin üçün təhlükəli ola bilər”, – Edri öz “X” səhifəsində
yazıb.