HƏMAS: “Rəfah” keçid məntəqəsi hər iki istiqamətdə yenidən fəaliyyət göstərəcək

Baş səhifə
HƏMAS: Rəfah keçid məntəqəsi hər iki istiqamətdə yenidən fəaliyyət göstərəcək

Misir ilə Qəzza zolağı arasındakı “Rəfah” sərhəd-keçid məntəqəsi hər iki istiqamətdə fəaliyyətini bərpa edəcək.

“Report” xəbər verir ki, bu barədə HƏMAS hərəkatının Siyasi Bürosunun üzvü, Qəzza üzrə danışıqlarda nümayəndə heyətinin rəhbəri Xəlil əl-Həyya “Əl-Cəzirə” telekanalına açıqlamasında bildirib.

“Bizim əldə etdiyimiz razılaşmaya Qəzzada daimi atəşkəsin tətbiqi, İsrail qoşunlarının oradan çıxarılması və humanitar yardımın daxil edilməsi daxildir. Bu çərçivədə bildiririk ki, ‘Rəfah” keçid məntəqəsi hər iki istiqamətdə yenidən açılacaq”, – HƏMAS rəsmisi vurğulayıb.