
Bakı. Trend:
Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında yarışlara
yekun vurulub.
Trend xəbər
verir ki, son gündə Şəkidə keçirilən bədi gimnastika yarışlarında
Azərbaycan təmsilçiləri 6 medal qazanıblar.
Bununla da Azərbaycan Oyunları ümumilikdə 184 medalla başa
vurub. Bunların 33-ü qızıl, 56-sı gümüş, 95-i isə bürünc
mükafatdır.
Ölkəmiz bu göstərici ilə ümumi medal sıralamasında 2-ci yeri
tutub. İlk sırada Rusiya qərarlaşıb.
Beləliklə, Azərbaycan idmançıları 2021-ci ildən təşkil olunan
MDB Oyunlarında ən yaxşı nəticəsinə imza atıb. Ölkəmiz I Oyunlarda
60 (16 qızıl, 16 gümüş, 28 bürünc), ikincidə isə 62 (10 qızıl, 17
gümüş və 35 bürünc) medal əldə etmişdi.

