Azərbaycan və Anqola diplomatik pasport sahibləri üçün vizanı qarşılıqlı ləğv etdi (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş
Assambleyasının 80-ci sessiyası çərçivəsində Anqolanın xarici işlər
naziri Tete Antoniu ilə görüş keçirib.

Trend xəbər verir
ki, görüşdə Azərbaycan–Anqola əlaqələrinin siyasi məsləhətləşmələr
vasitəsilə inkişafı, ticarət, iqtisadiyyat və humanitar sahələrdə
əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub. Azərbaycan
tərəfi Afrikanın bütün regionlarında tərəfdaşlıqların
genişləndirilməsinə sadiqliyini bir daha təsdiqləyib.

Görüşün sonunda nazirlər “Azərbaycan Respublikası Hökuməti ilə
Anqola Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport
sahibləri üçün vizanın qarşılıqlı ləğvi haqqında Saziş”
imzalayıblar.