Azərbaycan güləşçiləri Yunanıstanda dünya çempionu oldular

Baş səhifə

Bakı. Trend:

Yunanıstanın Katerini şəhərində keçirilən çimərlik güləşi üzrə
U17 dünya çempionatında Azərbaycan idmançıları böyük uğur
qazanıblar.

Trend xəbər verir
ki, 55 kq çəki dərəcəsində çıxış edən Ülviyyə Musayeva finalda
yaponiyalı Reisa Kojimaya 4:0 hesabıyla qalib gələrək dünya
çempionu olub. O, yarımfinalda polşalı Aqata Kuçarskayanı 3:2, 1/4
finalda isə britaniyalı Naosi Makmanusanı 3:0 hesabıyla məğlub
etmişdi.




Digər uğurumuzu 80 kq çəki dərəcəsində Nihad Süleymanlı qazanıb.
O, finalda gürcüstanlı Nuradin Mustafayevi 3:0 hesabıyla
üstələyərək dünya çempionu tituluna yiyələnib. Süleymanlı
yarımfinalda iranlı Abulfazl Saadatini 4:0, 1/4 finalda isə
həmyerlisi Elvin Hacıquliyevi 3:0 hesabıyla məğlub edib.

Beləliklə, Azərbaycan güləşçiləri Yunanıstanda keçirilən U17
dünya çempionatında iki qızıl medal qazanıblar.